Azərbaycanda siqaret bahalaşıb.
"Operativ Media" xəbər verir ki, müxtəlif markalı siqaretlərin hər qutusunda 20 qəpik bahalaşma var. "Sobrania" markalı siqaretin "Gold" növündə isə 50 qəpik bahalaşma müşahidə olunur.
Satıcılar saytımıza bildiriblər ki, elektron siqaretlərin qiymətində dəyişiklik yoxdur.
Xatırladaq ki, yanvarın 1-dən tütün məmulatları və alkoqollu içkilərə görə aksiz dərəcələri artırılıb.