Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərlənib
Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.
"Operativ Media" xəbər verir ki, bayram günlərində muxtar respublikada 8 zəhərlənmə halı qeydə alınıb.
Onlardan 4-ü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.
Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən 2-nə stasionar, 6-na isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.
Hazırda hamısının vəziyyəti normaldır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net