DİN: "Vətəndaşlardan 25 silah və 3 qumbara götürülüb"
Nərmin Qocamanlı
Polis əməkdaşları həftə sonu vətəndaşlardan 25 silah və 3 qumbara götürüb.
Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 13-14 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 3 qumbara, 21 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 242 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmçinin, qeyd edilən tarixlərdə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 5 ədəd müxtəlif markalı tapança, 11 ədəd tüfəng, 3 patron darağı və 15 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Teqlər:
"D\u0130N: \"V\u0259t\u0259nda\u015flardan 25 silah v\u0259 3 qumbara g\u00f6t\u00fcr\u00fcl\u00fcb\""