Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər.
"Operativ Media" xəbər verir ki, bunu "Report"a Rəqəmsal "Azərkosmos" İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
"Sayca 4-cü olacaq bu peyk 3 ildən sonra orbitə buraxılacaq. Əminəm ki, "Space X" yaxşı qiymət verəcək, çünki bütün dünyada ən aşağı qiyməti o verir", - o, qeyd edib.
Sədr bildirib ki, "Space X"lə hələ kommunikasiya yoxdur və peykin təxminən 2025-ci ildə orbitə buraxılması nəzərdə tutulur.