Brazilya millisi Cənubi Koreya üzərindəki qələbədən sonra Pele üçün nəhəng pankart açıblar
Nərmin Qocamanlı
Braziliya millisinin futbolçuları dünya çempionatında Cənubi Koreya üzərində 4:1 hesabı ilə qalib gələn oyundan sonra səhhəti ilə əlaqədar San-Pauluda xəstəxanada müalicə alan əfsanə Peleni yad ediblər.
"Operativ Media" xəbər verir ki, Bazar ertəsi Dohadakı Stadium 974-də keçirilən son 16 matçından sonra oyunçular bütün zamanların ən böyük oyunçularından biri kimi tanınan 82 yaşlı qocaya nəhəng pankart açıblar.
Qeyd edək ki, əfsanəvi futbolçu Pele xərçəngdən əziyyət çəkir.