Jurnalistika fakültəsinin tələbələri üçün ödənişsiz Master-klass baş tutub
Media Təhlil Mərkəzinin təşəbbüsü ilə 6 dekabr tarixindən başlayaraq Jurnalistika fakültəsinin tələbələri üçün ödənişsiz Master-klass keçirilir.
"Operativ Media" xəbər verir ki, Master-klass Azerbaycanın fərqli universitetlərində Jurnalistika fakültəsində təhsil alan tələbələri bir araya toplayıb.
Master-klassın ilk günündə "Ənənəvi və Rəqəmsal medianın fərqli cəhətləri", "xəbərin yazılma qaydaları", "başlıqların seçilməsi" kimi əsas məqamlara toxunulub.
Həmçinin, jurnalistin riskli vəziyyətləri gözə alması, peşə etikasını praktikada tətbiq etməyin yolları vurğulanıb.
Eyni zamanda günün sonunda tələbələrə praktiki tapşırıqlar verilib. Onlar mənimsədiklərini əyani şəkildə göstəriblər.
Qeyd edək ki, 3 gün davam edəcək Master-klassın sonunda uğurlu nəticə göstərən iştirakçılara sertifikat təqdim ediləcək.