Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilmişdir ki, paytaxtın Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə istintaq davam edir.
***
18:58
Bakıda keçmiş həyat yoldaşınl qətlə yetirən şəxs tutulub.
DİN Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Xətai rayonunda keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Raminə Qəribovanı çoxsaylı bıçaq xəsarətləri ilə öldürməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü İlqar Qəribov polis əməkdaşları tərəfindən "isti izlərlə" saxlanılıb.