08 Dekabr 2022, 08:52
Biləsuvarda bir nəfər odlu silahla qətlə yetirilib
Biləsuvarda bir nəfər odlu silahla qətlə yetirilib şəkil
Biləsuvarda bir nəfər odlu silahla qətlə yetirilib

Dekabrın 08-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 


Hazırda iş üzrə istintaq davam edir.

Son xəbərlər
Bir gündə Qəzzada ən azı 71 fələstinli həlak olub
AL: "Qarabağ" "Elfsborq"a məğlub oldu
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib