http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Seçicilərin 60,54 faizi səsvermə hüququndan istifadə edib

07 Fevral 2024 , 15:36
Seçicilərin 60,54 faizi səsvermə hüququndan istifadə edib

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 15:00-a qədər respublika üzrə 3922187 nəfər səs verib. Seçici fəallığı 60,54 faiz olub.

Hesabat vermiş məntəqələrin sayı 6515-dir.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

OXŞAR XƏBƏRLƏR
QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb

Bakıdakı səfirlikdə İran Prezidentinin xatirəsi yad edilir

Bakıdakı səfirlikdə İran Prezidentinin xatirəsi yad edilir

NATO Rəisinin vəfatı ilə bağlı İran xalqına başsağlığı verib

NATO Rəisinin vəfatı ilə bağlı İran xalqına başsağlığı verib

XƏBƏR LENTİ
  • 22:28

    Muxtar Babayev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri arasında görüş olub
  • 22:24

    İranda növbədənkənar prezident seçkiləri bu tarixdə keçiriləcək
  • 22:16

    Türkiyədə İran Prezidentinin ölümü ilə bağlı matəm elan olunub
  • 22:11

    Şəmkirdə qaz təchizatında fasilə olacaq
  • 21:58

    Polis 53 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb
  • 21:45

    COP29 Sədrliyinin nümayəndələri ilə görüş keçirilib
  • 21:43

    Türkiyə Ədliyyə Nazirliyi Netanyahu ilə bağlı qərarı müsbət adlandırıb
  • 21:29

    Azərbaycana Gürcüstandan avtomobil idxalı niyə kəskin azalıb?
Menyu