Menyu

GUAM-ın baş katibi: Azərbaycanda seçkilər azad və ədalətli keçirilib

GUAM-ın baş katibi: Azərbaycanda seçkilər azad və ədalətli keçirilib

GUAM missiyasının nümayəndələrinin bu gün baş çəkdiyi bütün seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə olunub.

"Operativ Media" xəbər verir ki, bunu GUAM-ın baş katibi Altay Əfəndiyev Azərbaycanda keçirilən seçkilərin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

"Bizim baş çəkdiyimiz bütün seçki məntəqələrində yüksək fəallıq olub. Seçkilər rəqabət əsasında keçirilib və onu azad və ədalətli kimi qiymətləndirmək olar", -A.Əfəndiyev deyib.

GUAM-ın baş katibi qeyd edib ki, məntəqələrdə seçki prosesi üçün bütün lazımi şərait yaradılıb.

“Ümumilikdə monitorinq qrupu tərəfindən hər hansı qanun pozuntusu və ya şikayət qeydə alınmayıb”, - o əlavə edib.//Report//

Teqlər:

"GUAM-\u0131n ba\u015f katibi: Az\u0259rbaycanda se\u00e7kil\u0259r azad v\u0259 \u0259dal\u0259tli ke\u00e7irilib"

Əlaqəli Xəbərlər