http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Xətai rayonunda 100 min manatlıq quldurluq edən şəxslər saxlanılıb

08 Dekabr 2022 , 11:24
Xətai rayonunda 100 min manatlıq quldurluq edən şəxslər saxlanılıb

Dekabrın 7-də saat 05 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Volkswagen” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.


Yoxlama zamanı sürücünün Ağdam rayon sakini Orxan Musəvi olması və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən olunduğundan ona avtomobilin müvəqqəti duracağa aparılması bildirililib. Bu zaman avtomobildə olan sərnişinlər - Cəbrayıl rayon sakini İlqar Xəlilov və Ağdam rayon sakini Həsən Əliyev özlərini şübhəli apardıqlarından polis əməkdaşları onları da portal vasitəsi ilə yoxlayıb.  Yoxlama zamanı O.Müsəvinin və İ.Xəlilovun  Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə axtarışda olmaları müəyyən olunub. Onlar saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Kürdəmir Rayon Polis Şöbəsində onların üzərinə baxış zamanı İ.Xəlilovdan 6007 ABŞ dolları və 996 manat, O.Musəvidən 6200 manat pul, H.Əliyevdən isə narkotik vasitə aşkar olunaraq götürülüb. 


Araşdırmalarla O.Müsəvi və İ.Xəlilovun noyabrın 21-də paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birində ev sahibindən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə almaları da müəyyən olunub.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu