08 Dekabr 2022, 12:47
DSX: İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
DSX: İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb şəkil
DSX: İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Dekabr ayının 7-si saat 02:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostahir kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nin Mətbuat Mərkəzindən "Operativ Media"ya verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 39 kiloqram 785 qram narkotik vasitəyə bənzər maddələr (39 kq 490 qram marixuana və 295 qram qablaşdırmada 500 ədəd metadon M-40 psixotrop həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib
"Qarabağ" - "Elfsborq" matçının start heyətləri açıqlandı
Blinken Ankaraya səfər edib - FOTO
Bakıda 3 gün kitab festivalı keçiriləcək