Menyu

İsmayıllı, Ağcabədi və Lerik rayonları ərazilərində qanunsuz ağackəsmə faktları aşkarlanıb

Operativ Media
İsmayıllı, Ağcabədi və Lerik rayonları ərazilərində qanunsuz ağackəsmə faktları aşkarlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İsmayıllı, Ağcabədi və Lerik rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, aparılmış araşdırmalarla İsmayıllı rayonu Tircan kəndində, Ağcabədi şəhəri ərazisində yerləşən “Üzeyir Hacıbəyli təsərrüfatı” adlanan ərazidə dövlət mülkiyyətində olan pay torpağında meşə fonduna daxil olmayan, Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 341 ədəd ağac və kolun kəsilməsi, habelə təbii fəlakət nəticəsində aşmış 32 ədəd müxtəlif cinsli ağacların gizli olaraq talanması nəticəsində təbiətə 42 min manatdan çox ziyanın dəyməsi  müəyyən edilib.


Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 177.1 (oğurluq), 259.1 (qanunsuz ağac kəsmə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər