Bakı sakinindən narkotik vasitə aşkarlanaraq götürülüb
Nərmin Qocamanlı
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ağamir Əzimov saxlanılıb.
DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 6 qrama yaxın metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 18 qramdan artıq metamfetamin və 520 qram marixuana götürülüb.
Araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma