Menyu

Bakıda saxta pula görə bir nəfər saxlanılıb

Nərmin Qocamanlı
Bakıda saxta pula görə bir nəfər saxlanılıb
1 dəq oxu

Paytaxtın Nizami rayonu ərazisində polis əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məftun Musayev saxlanılıb.

DİN-dən "Operativ Media" ya verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan heroin, həmçinin 5 ədəd 100 manatlıq və 4 ədəd 20 manatlıq saxta əskinaslar aşkar olunaraq götürülüb. 


24-cü Polis Şöbəsində aparılan araşdırmalarla onun dekabrın 6-da mağazaların birində satıcıya 1 ədəd 100 manatlıq saxta əskinas verməsi də müəyyən olunub. 


Araşdırma aparılır.

Əlaqəli Xəbərlər