http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda torpaq almaq neçəyə başa gəlir?

16 Fevral 2024 , 10:18
Bakıda torpaq almaq neçəyə başa gəlir?

“Paytaxt ərazisində və Abşeron yarımadasında torpaq qiymətləri ötən illərə nisbətən xeyli bahalaşıb”.

Bunu “Operativ Media”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib.

Ekspertin sözlərinə görə, yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi üçün əlverişli olan torpaq sahələri azaldığından bu sferada bahalaşma müşahidə olunur. 

“Çıxarışı olmayan torpaq sahələri üzərində tikilmiş fərdi həyət evlərinə kommunikasiya xətlərinin verilməməsi ilə bağlı qərar qüvvəyə mindikdən sonra artıq çıxarışlı torpaqlara tələbat artıb. Elə buna görə də, həmin torpaqlarda qiymət artımları müşahidə olunur. Həmçinin torpaq sahələri yola yaxın və yaxud yolkənarı olduqda isə onların qiyməti daha baha qiymətə təklif olunur. Həmin yolkənarı ərazilərdə də adətən qeyri-yaşayış obyektləri tikilir”.

Nofəl Quliyev deyir ki, mərkəzdən kənar ərazilərdə çıxarışı olmayan və ya digər təyinatlı torpaqların 1 sotu 2000-2500 manatdır. Mərkəzə yaxın ərazilərdə çıxarışlı torpaqların dəyəri isə bir neçə evin qiymətinə bərabərdir.

“Paytaxt Bakının mərkəzə doğru ərazilərində torpaq sahəsinin 1 sotu, hansı ki, fərdi yaşayış evləri üçün yararlı torpaqlardır, qiymətlər 300 min manatdır. Səbail rayon Badamdar qəsəbəsi, Nərimanov rayonunun bir çox villa tipli əraziləri, Nizami rayonunda villa tipli ərazilərdə torpaqların sotu 50 min manatdan başlayaraq mərkəzə doğru 300 min manata qədər dəyişə bilir. Lakin kənar ərazilərə, Abşeron və digər ərazilərə getdikcə torpaqların 1 sotu təqribi 5 min manata qədər enə bilir. Bu, çıxarışlı torpaqlara şamil olunan qiymətlərdir. Hər il aprel-avqust aylarında torpaq sahələrinə daha çox tələbat olur. Məhz bu aralıqda qiymətlər artmağa başlayır. Sentyabrdan başlayaraq növbəti ilin aprel ayınadək qiymətlərdə bir qədər enmə müşahidə olunur”.

OXŞAR XƏBƏRLƏR
Bakıdakı səfirlikdə İran Prezidentinin xatirəsi yad edilir

Bakıdakı səfirlikdə İran Prezidentinin xatirəsi yad edilir

NATO Rəisinin vəfatı ilə bağlı İran xalqına başsağlığı verib

NATO Rəisinin vəfatı ilə bağlı İran xalqına başsağlığı verib

Rusiya XİN: Tayvanın prezidentinin andiçmə mərasimi digər ölkələrin suverenliyinə hörmətsizlikdir

Rusiya XİN: Tayvanın prezidentinin andiçmə mərasimi digər ölkələrin suverenliyinə hörmətsizlikdir

XƏBƏR LENTİ
  • 19:45

    Bakıdakı səfirlikdə İran Prezidentinin xatirəsi yad edilir
  • 19:35

    Azərbaycanda elektrik şəbəkələrinin mühafizə zonaları ilə bağlı tələblər təsdiqlənib
  • 19:31

    "Neftçi"nın əvəzedici komandası ölkə çempionu oldu
  • 19:23

    Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib
  • 19:11

    Azərbaycan və Latviya parlamentlərinin sədrləri ikitərəfəli əlaqələri müzakirə edib
  • 18:58

    QMİ-nin sədri İranın Ali Rəhbərinə başsağlığı verib
  • 18:08

    Pakistanın baş naziri İslamabaddakı İran səfirliyinə baş çəkib
  • 18:02

    Rəisinin olduğu helikopterin qəzaya uğraması texniki nasazlıq səbəbindən baş verib - İRNA
Menyu