http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın 20 illiyi”nə həsr olunmuş tədbir keçirilib

09 Dekabr 2022 , 18:32
Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın 20 illiyi”nə həsr olunmuş tədbir keçirilib

9 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, ADA Universiteti və Avropa Şurasının Bakı Ofisinin birgə təşkilatçılığı ilə “Avropa Şurasının hekayəsini danışaq: Avropa Şurası həftəsi vasitəsilə görüntünün artırılması” adlı təşəbbüs çərçivəsində “Azərbaycan Respublikası və Avropa Şurası arasında əməkdaşlığın 20 illiyi”nə həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbir zamanı, həmçinin təşkilatla əməkdaşlığı əks etdirən foto-sərgi nümayiş etdirilib.   

 

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, tədbirin açılışında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko çıxış edib, Avropa Şurasının Baş katibinin müavini Byorn Bergenin video-müraciəti səsləndirilib. 

 

Dəyirmi masada Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq üzrə Fəaliyyət Planları, habelə digər birgə proqramlar çərçivəsində həyata keçirilən layihələr barədə məlumat təqdim olunub. Avropa Şurasının Azərbaycan üzrə 2022-2025-ci illəri əhatə edəcək Fəaliyyət Planında əməkdaşlığın yeni prioritetləri sırasına süni zəka, ətraf mühitin qorunması, dözümlülüyün təşviq edilməsi və ayrı-seçkiliyin qarşısının alınması, insan alveri və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə kimi sahələrin əlavə edildiyi çıxışlarda qeyd olunub. 

 

İnsan hüquqları və əsas azadlıqların qorunmasının Azərbaycan Hökumətinin gündəliyində duran əsas istiqamətlərdən biri olduğu vurğulanıb. Azərbaycanın bu sahədə vacib beynəlxalq sənədlərə qoşulmaqla və milli qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmaqla yanaşı, ölkədə qanunun aliliyinin təmin olunması sahəsində son illər ərzində çoxsaylı mühüm addımlar atıldığı bildirilib.  

 

Tədbirdə Avropa Şurası ilə əməkdaşlıq edən dövlət qurumları, akademik dairələr, media və vətəndaş cəmiyyətinin, diplomatik korpusun nümayəndələri, habelə, ADA Universitetinin tələbələri iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu