http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Münxendə İlham Əliyev ilə ABŞ-nin Dövlət katibi Antoni Blinkenin görüşü olub - YENİLƏNİB

17 Fevral 2024 , 19:05
Münxendə İlham Əliyev ilə ABŞ-nin Dövlət katibi Antoni Blinkenin görüşü olub - YENİLƏNİB

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub. 

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını salamlayan Antoni Blinken dedi: Hər vaxtınız xeyir, cənab Prezident. Prezident Əliyevlə görüşmək imkanını çox yüksək qiymətləndirirəm. Son bir neçə ildə bizim görüşmək və söhbət etmək üçün bir çox imkanımız olub. Hesab edirəm ki, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. Biz bu məsələni ciddi dəstəkləyirik. Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. Danışılacaq çoxlu mövzular var. Cənab Prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm.

Prezident İlham Əliyev dedi: Təşəkkür edirəm, cənab Dövlət katibi. Siz də qeyd etdiyiniz kimi, COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. Cənab Dövlət katibi qeyd etdiyi kimi, gündəlimiyizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm.

x x x

Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. 

Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev öz növbəsində vurğuladı ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. 

ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu dedi. 

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır. 

Dövlətimizin başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğuladı, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd etdi və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirdi. 

Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir. 

Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

***

18:10

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

XƏBƏR LENTİ
  • 05:46

    AL: "Bayer" "Atalanta" ilə finalda qarşılaşacaq
  • Dünən
    23:45

    Orban: Macarıstan nüvə enerjisi sahəsində Çinlə əməkdaşlıq etməyi planlaşdırır
  • Dünən
    23:17

    Ağ Ev: İsrailin Rəfaha hücumu HƏMAS-ın mövqelərini gücləndirəcək
  • Dünən
    22:57

    Cinpin: Çin Ukraynada sülhü təşviq etməyə davam edəcək
  • Dünən
    22:42

    Türk Dövlətləri Təşkilatı Heydər Əliyevi yad edib
  • Dünən
    22:28

    Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
  • Dünən
    22:14

    Orban: Macarıstan Çini çoxqütblü dünyanın sütunu hesab edir
  • Dünən
    21:58

    Sumqayıtda mənzildən 74 yaşlı qadın meyiti tapılıb
Menyu