http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prezident İlham Əliyevin Münxendə Avropa Komissiyasının İcraçı vitse-prezidenti ilə görüşü olub - YENİLƏNİB

17 Fevral 2024 , 19:15
Prezident İlham Əliyevin Münxendə Avropa Komissiyasının İcraçı vitse-prezidenti ilə görüşü olub - YENİLƏNİB

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin görüşü olub.

"Operativ Media" xəbər verir ki, Maroş Şevçoviç Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etməsinin məmnunluq doğurduğunu vurğuladı. O, Azərbaycanın pan-Avropa enerji təchizatçısı olduğunu yüksək qiymətləndirdi. Tezliklə ölkəmizə səfər etmək niyyətində olduğunu bildirən Maroş Şevçoviç COP29-un Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını diqqətə çatdırdı.

O, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un sessiyasının əsas gündəliyinin çox vacib mövzulardan birinin iqlim maliyyələşdirilməsi olacağını deyərək, Avropa İttifaqının da iqlim dəyişikliyi üzrə proseslərdə yaxından iştirak edən tərəfdaş kimi Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-da qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini əsirgəməyəcək. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər üzv təşkilatlarda apardığı iş, Avropa İttifaqı ilə əlaqələri və digər tərəfdaşlarla münasibətləri bu cür həmrəyliyin əldə edilməsinə töhfə verə bilər. Dövlətimizin başçısı, həmçinin COP çərçivəsində ilk dəfə olaraq Üçlük mexanizminin yaradıldığını qeyd etdi və Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın bir araya gələrək bu istiqamətdə birgə iş aparacağını vurğuladı.

***

18:24

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və nəzarət üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin görüşü olub.

OXŞAR XƏBƏRLƏR
ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

XƏBƏR LENTİ
  • Dünən
    23:45

    Orban: Macarıstan nüvə enerjisi sahəsində Çinlə əməkdaşlıq etməyi planlaşdırır
  • Dünən
    23:17

    Ağ Ev: İsrailin Rəfaha hücumu HƏMAS-ın mövqelərini gücləndirəcək
  • Dünən
    22:57

    Cinpin: Çin Ukraynada sülhü təşviq etməyə davam edəcək
  • Dünən
    22:42

    Türk Dövlətləri Təşkilatı Heydər Əliyevi yad edib
  • Dünən
    22:28

    Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
  • Dünən
    22:14

    Orban: Macarıstan Çini çoxqütblü dünyanın sütunu hesab edir
  • Dünən
    21:58

    Sumqayıtda mənzildən 74 yaşlı qadın meyiti tapılıb
  • Dünən
    21:45

    Cinpin: Çin Macarıstanı Aİ-də daha mühüm rol oynamağa dəstəkləyəcək
Menyu