Sumqayıtda sexdə yanğın baş verib

Nərmin Qocamanlı
Sumqayıtda sexdə yanğın baş verib

Sumqayıt şəhərində ümumi sahəsi 42 m² olan avtomobil təmiri sexinin içərisində avtomobil ehtiyat hissələri, məişət tullantıları və yağ qalıqları 8 m² sahədə yanıb. 

“Operativ Media" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 15 m² sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər