http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ölkədaxili daha 3 istiqamət üzrə onlayn bilet almaq mümkün oldu

19 Fevral 2024 , 10:38
Ölkədaxili daha 3 istiqamət üzrə onlayn bilet almaq mümkün oldu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha bir neçə məntəqə əlavə edilib.

"Operativ Media" xəbər verir ki, sərnişinlər artıq Bakıdan Siyəzən və Sabirabada, eləcə də Sumqayıtdan Xudata və əks-istiqamətlərə hərəkət edən avtobuslara onlayn bilet ala bilərlər. Həmçinin portala daha əvvəl mövcud olan Bakı – Şabran, Bakı – Ağcabədi və Bakı – Oğuz marşrutları üzrə əlavə reyslər daxil edilib.

Artıq “biletim.az” portalında 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 131, nəqliyyat vasitələrinin sayı isə 295-dir.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib - FOTO

Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib - FOTO

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    23:12

    Qəzzada ölənlərin sayı 35 minə yaxınlaşıb
  • Dünən
    23:02

    İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib
    İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib
  • Dünən
    22:58

    Ölkə başçısı Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib
    Ölkə başçısı Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib
  • Dünən
    22:47

    Mayın 12-də İrəvanda müxalifətin növbəti etiraz mitinqi keçiriləcək
  • Dünən
    22:36

    Prezident və birinci xanım Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər - YENİLƏNİB-2
    Prezident və birinci xanım Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər - YENİLƏNİB-2
  • Dünən
    22:24

    Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edib
  • Dünən
    22:10

    Muxtar Babayev Pakistanda COMSATS-in baş qərargahında olub
  • Dünən
    21:58

    Pakistanın Baş naziri COP29-a dəvət olunub
Menyu