Menyu

Metroda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Metroda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
1 dəq oxu

Metro stansiyasında Hacıqabul rayon sakini olan bir qadın sərnişinin çantasından içərisində pulu olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.  

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər