http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Məktəblilərin zorakılıq görüntülərindəki aqressiyanın səbəbi nədir?

20 Fevral 2024 , 11:35
Məktəblilərin zorakılıq görüntülərindəki aqressiyanın səbəbi nədir?

Ötən gündən bəri məktəbli qızların öz həmyaşıdı qıza qarşı zorakılıq nümyiş etdirdiyi görüntüləri sosial medianın gündəmini zəbt edib. Yeniyetmələrin bir-birilərinə qarşı barbar hərəkətləri, fiziki və mənəvi şiddətə meyllənmələri barədə vaxtında tədbirlər görülməyəndə gələcək üçün qeyri-sağlam təfəkkürlü insanlarlar yetişmiş olur. Burada əsas məqam isə bu cür davranışlara təkan yaradan səbəblər ilə bağlıdır. Görəsən, uşaqların azyaşlı çağında daxillərində yaranan bu nifrət və aqressiya nədən qaynaqlanır?

Mövzu ilə bağlı psixoloq Ülviyyə Murtuzova "Operativ Media"ya fikirlərini bölüşüb.

O bildirib ki, burada istismarçı uşağın davranışındakı problemə ikitərəfli yanaşmaq olar:

"Bəzi ailələrdə isterik övlad tipajı yaradan uşaqlar var. Hər dəfə onun istədiyini həyata keçirən valideynlərin cəmiyyətə təqdim etdiyi övlad tipləri də məhz bunlardan olur. Onlar sadəcə istədikləri yerinə yetirilən, əks halda valideynlərin gözlərində qorxu yaradır, şantaj və hədə yolu ilə diqqəti özlərinə çəkmək üçün avtoritar rejim qururlar, süni evdən qaçma və ya intihar cəhdləri üsullarından istifadə edirlər, yaxud bunları dilə gətirməklə ailə üzvlərini öz maraq dairələri üzərindən idarə etməyə çalışırlar. Digər bir tərəfdən isə belə nüanslar evdə hər zaman natamam və yetərsizlik kompleksi sindromuyla formalaşan övladlarda rast gəlinir. Görüntülərdən aydındır ki, biri çəkir, o biri hərəkət edir. Əslində, onlarla söhbət aparandan, "bunu niyə edirsən? bundan aldığın zövq sənə nə verir  və səni nə vadar edir ki, bunları edəsən?" kimi suallara cavab aldıqdan sonra onlar haqqında tam  diaqnoz qoymaq olar. Evdə hər zaman şiddət, təcavüz görən, sevgi və qayğı əskikliyi duyan, hər zaman xüsusi bir basqı altında böyüyən uşaqlar sonradan 13-18 yaşlarında ətrafında olan ideal, sakit, nümunəvi insanlardan bir növ acıq çıxmağa başlayırlar. Sanki bütün yaşadıqlarının günahını həmin şəxsdə görərək qəzəb və kinlərini onlara yönəldirlər, rəncidə edirlər".

Psixoloq bu cür zorakı hərəkətlərdən zövq alan kəsləri manyaklaşmış insan tipləri adlandırıb:

"Bu, əslində, antisosial şəxsiyyət pozuntusudur. Onlar öz dünyasından olmayan, səviyyəcə fərqli olan insanların gözlərində qorxu yaradaraq "mənəm-mənəmlik" nümayiş etdirən və hər zaman özlərinə bəraət qazandıranlardır. Bu insan tipləri ətrafdakı insanlara sosial narahatlıq törədir, yazılan və yazılmayan qanunları pozur, başqalarının şəxsi həyatına və ya əşyalarına icazəsiz müdaxilə edir, şərəf və ləyaqəti tapdalamaqdan xüsusi zövq alırlar. Bu fərdlərin birbaşa günahkarı onları yetişdirən, tərbiyə verən və cəmiyyətə bu cür təqdim edən valideynlərdir. Övladların formalaşma şəklində, özünü aparma qabiliyyətində, etik davranışlarında valideyn həm günahkar, həm də mükafatlandırıcıdır".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

XƏBƏR LENTİ
  • 05:56

    Zelenski rəhbər şəxsi işdən çıxarıb
  • 05:46

    AL: "Bayer" "Atalanta" ilə finalda qarşılaşacaq
  • Dünən
    23:45

    Orban: Macarıstan nüvə enerjisi sahəsində Çinlə əməkdaşlıq etməyi planlaşdırır
  • Dünən
    23:17

    Ağ Ev: İsrailin Rəfaha hücumu HƏMAS-ın mövqelərini gücləndirəcək
  • Dünən
    22:57

    Cinpin: Çin Ukraynada sülhü təşviq etməyə davam edəcək
  • Dünən
    22:42

    Türk Dövlətləri Təşkilatı Heydər Əliyevi yad edib
  • Dünən
    22:28

    Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
  • Dünən
    22:14

    Orban: Macarıstan Çini çoxqütblü dünyanın sütunu hesab edir
Menyu