http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prokurorluq: Əhməd Əhmədov Psixiatriya Xəstəxanasına yerləşdirilməyib

22 Fevral 2024 , 16:38
Prokurorluq: Əhməd Əhmədov Psixiatriya Xəstəxanasına yerləşdirilməyib

Bəzi media subyektləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı informasiya yayılmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur.

Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir.

Fevralın 22-də təqsirləndirilən şəxsin stasionar tibb müəssisəsinə yerləşdirilməsi barədə vəsatət və təqdimat Xətai Rayon Məhkəməsi tərəfindən təmin olunduğundan, Ə.Əhmədovun hazırda saxlanıldığı istintaq təcridxanasından tibbi müəssisəsinə gələcək günlərdə köçürülməsi təmin ediləcəkdir.  

Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik.

OXŞAR XƏBƏRLƏR
Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

XƏBƏR LENTİ
  • 22:46

    Rusiya XİN: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”
  • 21:48

    Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
    Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
  • 21:15

    “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
  • 20:50

    Tacikistan öz vətəndaşlarını Rusiyaya getməməyə çağırır
  • 19:56

    Çində tornodo nəticəsində 5 nəfər ölüb
  • 19:10

    Bakı metrosunda ölüm hadisəsi baş verib
  • 18:58

    Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub
  • 18:37

    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
Menyu