Menyu

DSX-nin hərbçisi həlak olub

Operativ Media
DSX-nin hərbçisi həlak olub

Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.

"Operativ Media" xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər