Parisdə polislə azarkeşlər arasında qarşıdurma zamanı 108 nəfər saxlanılıb

Nərmin Qocamanova
Parisdə polislə azarkeşlər arasında qarşıdurma zamanı 108 nəfər saxlanılıb

Fransanın paytaxtı Parisdə futbol üzrə dünya çempionatında Mərakeşin yarımfinala yüksəlməsini qeyd edən bəzi azarkeşlərlə polis arasında yaşanan gərginliyə görə 108 nəfər saxlanılıb.


"Operativ Media"nın xəbərinə görə, Paris Polis İdarəsi "Twitter" hesabından verdiyi açıqlamada dünən Dünya Kuboku çərçivəsində Parisin Yelisey küçəsində və Parisin bilavasitə yaxınlığında fəaliyyət göstərən təhlükəsizlik qüvvələrinə təşəkkür edib.


Açıqlamaya görə, Mərakeşin yarımfinala yüksəlməsini qeyd edən bəzi azarkeşlərlə polis arasında gərginlik yaşanıb və 108 nəfər “zərər vermək, tüstü bombası saxlamaq və zorakılıq etmək” səbəbi ilə nəzarətə alınıb.

Digər xəbərlər