http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Zalsburq şəhərində Xocalı şəhidlərinin xatirəsi anılıb - FOTO

26 Fevral 2024 , 22:45
Zalsburq şəhərində Xocalı şəhidlərinin xatirəsi anılıb - FOTO

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.

Bu barədə "Operativ Media"ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Gün ərzində Mədəniyyət Evində Xocalı soyqırımına həsr olunmuş guşədə kitab, broşür və informasiya materialları nümayiş etdirilib, faciəyə dair videoçarxlar göstərilib.

Tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov 32 il bundan 1992-ci ildə Ermənilərin vəhşiliklə qətlə yetirdikləri Xocalı qurbanlarının əziz xatirəsinə ehtiram olaraq 1 dəqiqəlik sükut elan edib, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə həsr olunmuş nitq söyləyib.

Mərasimdə Xocalı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə həsr olunmuş çıxışlar edilib, şerlər səsləndirilib. Tədbirdə bütün şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

Mərasimdə Azərbaycan və Türkiyə diasporunun üzvləri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bəzi universitetlər illik təhsil haqqını artırıb

Azərbaycanda bəzi universitetlər illik təhsil haqqını artırıb

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib

Deputatlığa namizədliyini irəli sürənlərdən 911 nəfəri imza vərəqəsi alıb

Deputatlığa namizədliyini irəli sürənlərdən 911 nəfəri imza vərəqəsi alıb

XƏBƏR LENTİ
  • 10:07

    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 09:49

    Faktiki hava açıqlanıb
  • 09:34

    Ucarda çətənə kolları yetişdirən şəxs saxlanılıb
  • 09:30

    Neft qiymətləri ucuzlaşıb
  • 09:26

    Paris-2024: Bu gün 5 Azərbaycan idmançısı mübarizəyə başlayır
  • 09:24

    Aşqabadda MDB-nin Əmək Məşvərət Şurası keçiriləcək
  • 09:17

    Qanunsuz saxlanılan silahların könüllü təhvil verilməsi istiqamətində işlər görülür
  • 09:09

    Qırğızıstan vətəndaşı Özbəkistanda terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb
Menyu