Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
Bu barədədə Müdafiə Nazirliyindən "Operativ Media"ya məlumat verilib.
Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.
Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Şəkil Qalereyası



