Ağdamda minaya düşən şəxs əməliyyat olunur, vəziyyəti ağırdır
Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində minaya düşərək yaralanan Bəxtiyar Abbasov Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə “Report”a yaralının yaxınları məlumat verib.
Qeyd olunub ki, hazırda əməliyyatda olan Bəxtiyar Abbasovun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, martın 3 - də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində xəsarət alıb. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net