http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prezident: Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir

08 Mart 2024 , 10:01
Prezident: Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir

“Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir”.

"Operativ Media"  xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda əksini tapıb.

Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır: “İlkin araşdırmalara görə işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır. Bundan əlavə, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı faktları aşkar edilir. Bu cür həqarət aktları yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edir”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Kolumbiya mayın 2-dən İsraillə diplomatik münasibətləri kəsir
  • Dünən
    23:11

    Azərbaycanda pul bazası 14 % artıb
  • Dünən
    23:11

    Bakıda yanğın olub, ölən var
    Bakıda yanğın olub, ölən var
  • Dünən
    23:01

    Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:56

    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
  • Dünən
    22:49

    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
  • Dünən
    22:37

    Azərbaycan-İran mədəni əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:34

    Azərbaycan Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib
Menyu