Menyu

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" (AZAL) martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.

"Operativ Media" bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, ilkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Aprel ayından etibarən isə AZAL həftədə 9 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Teqlər:

"AZAL Bak\u0131dan T\u0259l-\u018fviv\u0259 u\u00e7u\u015flar\u0131 b\u0259rpa edir"

Əlaqəli Xəbərlər