Menyu

BDYP-dən xəbərdarlıq: Dumanlı hava yollarda təhlükə yarada bilər!

Nərmin Qocamanlı
BDYP-dən xəbərdarlıq: Dumanlı hava yollarda təhlükə yarada bilər!

Milli Hidrometeorologiya Xidmətinin məlumata əsasən, xüsusilə gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.

BDYP-dən "Operativ Media"ya verilən məlumata görə, qatı duman digər hərəkət iştirakçılarının, habelə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, daha çox ara məsafəsi saxlamaq, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər