Novruz bayramı ilə əlaqədar 1 həftəlik qeyri-iş günlərinin olması tətilə getmək istəyənləri sevindirib.
Bəzi insanlar fürsətdən istifadə edərək bölgələrə, bəziləri isə dünya ölkələrinə üz tuturlar.
Bəs bayram ərəfəsində tur qiymətləri nə qədər təşkil edir?
Turizm şirkətlərindən birinin direktoru Şahmir Mutuxov "Operativ Media"ya açıqlamasında bildirib ki, Novruz bayramında həm xarici, həm daxili turlar aktiv olur. Ancaq bu il Ramazan bayramı ila üst-üstə düşdüyü üçün digər illərə nisbətən tələbat hər iki istiqamətə daha azdır:
"Daxili turlarda qiymətlər 25 manatdan başlayır. İnsanların çoxu Quba, Qusar və Qəbələ istiqamətinə üz tuturlar. Xarici turlarda isə qiymətlər 600 dollardan başlayır. Hal-hazırda xarici istiqamətdə Dubay şəhərinə tələbat daha yüksəkdir. Dubay turları 700 dollardan başlayır. Lakin hava yolları və yaxud hotelər bayram tarixlərindən istifadə edərək daha bahalı qiymətlər təklif edirlər".
Sevinc İbrahimzadə
Teqlər:
"Bayram \u0259r\u0259f\u0259sind\u0259 tur qiym\u0259tl\u0259ri n\u0259 q\u0259d\u0259rdir?"