Menyu

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 15-i axşam şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək.

Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər