Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb
Martın 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 4 patron darağı, müxtəlif çaplı 120 patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 7 tüfəng, 2 patron darağı və 138 patron təhvil götürüblər.