Menyu

Bu il PMS imtahanlarının elektron formada keçirilməsi nəzərdə tutulur

Nərmin Qocamanlı
Bu il PMS imtahanlarının elektron formada keçirilməsi nəzərdə tutulur
1 dəq oxu

"2024-cü ildə keçiriləcək Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanlarının elektron formada keçirilməsi nəzərdə tutulur".

"Operativ Media" xəbər verir ki, bunu bu gün keçirilən ll Vergi Mühasibatlıq Zirvəsində çıxışı zamanı Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi PMS imtahanları üzrə kurator Faiq Abdullayev bildirib.

O, qeyd edib ki, bu il imtahandan əvvəl sınaq imtahanının da keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, PMS l mərhələ imtahanlarında təqdim olunan 10 ballıq hesabat tipli sualların tərkibinə maliyyə vəziyyəti haqqında hesabat , mənfəət və ya zərər haqqında hesabatlardan da tapşırıqlar əlavə olunacaq.

Nərmin Qocamanlı

Əlaqəli Xəbərlər