Menyu

Gəncədə avtomobil təmiri sexi yanıb

Gəncədə avtomobil təmiri sexi yanıb
1 dəq oxu

Gəncədə avtomobil təmiri sexində yanğın baş verib.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Yanğın zamanı bir neçə sex və bir avtomobil yanıb.

Dərhal əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.

Əlaqəli Xəbərlər