Menyu

AFFA prezidenti Ağsu şəhər stadionuna baxış keçirib

Nərmin Qocamanlı
AFFA prezidenti Ağsu şəhər stadionuna baxış keçirib

AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov Ağsu şəhər stadionuna baxış keçiriblər.

"Operativ Media" qurumun rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiya rəhbərliyi təmir işlərindən sonra stadionda yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, 2011-ci ildə açılışı olmuş Ağsu şəhər stadionu 3 min tamaşaçı tutumuna malikdir.

Təmir işlərindən sonra arenanın oturacaqları dəyişdirilib, tribunaların dam örütüyü yenilənib. İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb. Stadionun ot örtüyünün yayda dəyişdirilməsi nəzərdə tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər