NATO Baş katibi: Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik
Cənubi Qafqazda sülh region xalqları, Qara dəniz regionu, ümumilikdə isə Transatlantik təhlükəsizlik üçün vacibdir.
"Operativ Media" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat qarşısında bəyanatla çıxış edərkən deyib.
O bildirib ki, burada sülh, sabitlik önəmlidir:
"Biz tərəflər arasında sülh prosesini təşviq edir və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma