19 Mart 2024, 09:13
Səhiyyə Nazirliyi Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
Səhiyyə Nazirliyi Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib şəkil
Səhiyyə Nazirliyi Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar qeyri-iş və istirahət günlərində əhalinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, ümumi gigiyena tələbləri, habelə digər profilaktik qaydalara riayət olunmasını tövsiyə edir.

"Operativ Media" xəbər verir ki, eyni zamanda, ilin bu mövsümündə orqanizmin immun sisteminin gücləndirilməsi məqdəsilə gündəlik qidalanma rejiminə vitamin və minerallarla zəngin məhsulların daxil edilməsi vacibdir.

Yaz mövsümi ilə əlaqədar insanların immun sistemində müəyyən təbii dəyişikllikər baş verir. Belə ki, infeksiyaların yayılması insanların yoluxmasına və xəstələnmə hallarına səbəb olur. İlk növbədə hava-damcı yolu ilə yayılan qrip və digər respirator virus infeksiyalarına yoluxma hallarına daha çox rast gəlinir. Hərarəti yüksək olan, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri, yəni asqıraq, öskürək, burunaxma və ya buruntutulması, boğaz ağrısı müşahidə edilənlər təmasda olduğu digər şəxsləri yoluxdurmamaq üçün gigiyenik vasitələrdən istifadə etməlidirlər.

Son xəbərlər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb