Menyu

Xankəndidə xeyli silah-sursat aşkar edilib

Nərmin Qocamanlı
Xankəndidə xeyli silah-sursat aşkar edilib
1 dəq oxu

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 silah və xeyli sursat aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 4 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, 805 ədəd müxtəlif çaplı patron, 6 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Əlaqəli Xəbərlər