Menyu

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Nərmin Qocamanlı
Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 78 min 350 elektron arayış verilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 31 elektron arayış növü istifadəyə verilib.

Həmin e-xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair, həmçinin pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər