19 Mart 2024, 15:42
Ramazan ayında hansı qidalar insanı tox saxlamağa kömək edir?
Ramazan ayında hansı qidalar insanı tox saxlamağa kömək edir? şəkil
Ramazan ayında hansı qidalar insanı tox saxlamağa kömək edir?

Ramazan ayında oruc tutan insanlar uzun müddət ac qaldıqları üçün qida qəbuluna xüsusi diqqət yetirməlidirlər. Bəzi qida növləri isə var ki, insanı daha çox tox tutmağa köməklik edir. 

Diyetoloq Ləman Süleymanova "Operativ Media"ya bildirib ki, imsakda yeyilən qidalar insanı gündəlik enerji və su ilə təmin edir deyə düzgün seçilməlidir:

"Qidaların tərkibindəki maddələr çox önəmlidir. Oruc tutan insanlar duzlu qidalardan mümkün qədər istifadə etməəlidirlər. Çünki bu, onların suya tələbatını artıracaq və bu zaman su qəbul edilməməsi orqanizmə mənfi təsir göstərə bilər.  Xüsusilə arterial təzyiqi oynaq olan insanlar üçün bu ziyanlıdır. Çünki suya tələbat təzyiqə də təsir göstərəcək, yəni ya yüksək təzyiqi daha da artıracaq, ya da aşağı təzyiqin daha da aşağı düşməsinə səbəb olacaq. Mütləq ac qarına iki-üç stəkan su içmək lazımdır. Menyuda dietik, duzsuz pendir istifadə etmək olar. Eyni zamanda ağından istifadə etmək lazımdır. Çünki sarısının tərkibindəki maddə insanın suya tələbatını artıracaq. Ona görə də iki-üç yumurtanın ağından istifadə etmək tövsiyə olunandır. Zəngin səhər yeməyi xoşlayanlar meyvə cemləri, toz çörəklər, çay və ya kofe istehlak edə bilərlər".

Diyetoloq qeyd edib ki, həftənin bir neçə günündə səhər yeməyi zamanı meyvə, meyvə şirəsi, dessertlərdən istifadə edilməsi də lazımdır. Çünki bu növ qidalar da insanı gün ərzində enerji ilə təmin edir.

 

Son xəbərlər
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib