http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda 6,5 km məsafəni əhatə edən tam bir dövrə mikromobillik zolağı tamamlanıb

19 Mart 2024 , 15:44
Bakıda 6,5 km məsafəni əhatə edən tam bir dövrə mikromobillik zolağı tamamlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 6,5 km məsafəni əhatə edən davamlı mikromobillik zolağı yaradıb.

"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, zolaqlar Bakı şəhərinin, əsasən, mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.

Artıq Dənizkənarı Milli Park ərazisində də müvafiq işlər başa çatdırılıb. Bulvar ərazisində Dəniz Vağzalının qarşısından “Azneft” dairəsinədək uzunluğu təxminən 2200 metr olan velosiped yolunun təşkil edilməsi ilə digər küçə və prospektlərdə salınan velosiped yolları əlaqələndirilib və tam bir dövrə tamamlanıb. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub.

 

13 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb.

Əhali arasında velosiped və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları şəbəkəsinin 50 km-ə çatdırılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR
Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

XƏBƏR LENTİ
  • Dünən
    23:12

    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
  • Dünən
    23:02

    Blinken: "ABŞ Ermənistanla Azərbaycanın delimitasiya sahəsində əldə olunmuş razılaşmanı təqdir edir"
  • Dünən
    22:59

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
  • Dünən
    22:55

    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
  • Dünən
    22:49

    Meksikada sərnişin avtobusu aşıb, 14 nəfər ölüb
  • Dünən
    22:46

    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
  • Dünən
    22:14

    Rişi Sunak vəzifəsindən uzaqlaşdırıla bilər
  • Dünən
    22:00

    "Sumqayıt" "Qarabağ"ı məğlub etdi
Menyu