Türkiyənin Azərbaycandakı səfirliyi xalqımızı Novruz bayramı münasibətilə təbrik edib
Türkiyənin Azərbaycandakı səfirliyi xalqımızı Novruz bayramı münasibətilə təbrik edib.
"Operativ Media" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Baharın gəlişini və təbiətin yenidən oyanışını müjdələyən Novruz bayramı münasibətilə tüm bacı-qardaşlarımızı və bütün Türk Dünyasını səmimi qəlbdən təbrik edir, bu bayramın hər ocağa xoş əhval-ruhiyyə, bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirik", - paylaşımda qeyd olunub.
Baharın gəlişini və təbiətin yenidən oyanışını müjdələyən #Novruz bayramı münasibətilə tüm bacı-qardaşlarımızı və bütün Türk Dünyasını səmimi qəlbdən təbrik edir, bu bayramın hər ocağa xoş əhval-ruhiyyə, bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirik. pic.twitter.com/Do2kRb4Cl8
— Türkiye in Azerbaijan (@TC_BakuBE) March 19, 2024