Menyu

Xəzər rayonundan oğurladıqları avtomobili Ağcabədiyə aparan şəxslər saxlanılıblar

Nərmin Qocamanlı
Xəzər rayonundan oğurladıqları avtomobili Ağcabədiyə aparan şəxslər saxlanılıblar
1 dəq oxu

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilin qaçırıldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əliyev Əyyar, Hacızadə Elgiz və Məmmədli Rafiq saxlanılıblar.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, saxlanılan şəxslər oğurladıqları avtomobili Ağcabədi rayonuna aparıblar. Onların məqsədi maşını ehtiyat hissələrinə ayırıb satmaq olub. Nəqliyyat vasitəsi rayon ərazisində sökülmüş vəziyyətdə tapılıb. 
Faktla bağlı 2-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir. 

Əlaqəli Xəbərlər