Menyu

Neftçalada aksiz markasız siqaret satan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Neftçalada aksiz markasız siqaret satan şəxs saxlanılıb
1 dəq oxu

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini F.Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, avtomobilə baxış zamanı aksiz markası olmayan 1740 ədəd müxtəlif markalı siqaret aşkarlanaraq götürülüb. 
Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində son iki gün ərzində 1-i könüllü olmaqla, rayon sakinlərindən 5 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər