Menyu

Naxçıvanda güclü yağış fəsadlar törədib

Nərmin Qocamanlı
Naxçıvanda güclü yağış fəsadlar törədib

Naxçıvanın Ordubad rayonunda yağan güclü yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar Pəzməri kənd avtomobil yoluna tökülüb.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. 

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub. 

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər