Cəlilabad sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb
Nərmin Qocamanlı
Cəlilabad sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıblar. Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb. İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən edilən həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net