Çinin "CRRC Changke" şirkəti hidrogen yanacağı ilə işləyən qatarı sınaqdan keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Qatar Çançunda (Cilin əyaləti, Şimal-Şərqi Çin) xüsusi xətt üzrə sınaqdan keçirilib.
Bildirilib ki, qatar saatda 160 km-ə qədər sürətlə uğurla hərəkət edib. Bu, dəmir yolu nəqliyyatı sahəsində hidrogen enerjisinin tətbiqində yeni mərhələ deməkdir.
Sənaye ekspertləri bildiriblər ki, sınaq Çinin dəmir yolu nəqliyyatı sənayesində hidrogen enerjisi texnologiyasının tədqiqi, inkişafı və tətbiqi sahəsində mühüm mərhələdir.